Yenilik.Az
www.Yenilik.Az » Hadisə » “Tibb Universitetinin klinikasında anamın onurğasını sındırdılar”

“Tibb Universitetinin klinikasında anamın onurğasını sındırdılar”

“Tibb Universitetinin klinikasında anamın onurğasını sındırdılar”
2020-06-23 , 21:12

Bakının məhşur xəstəxanasında anası ölümcül vəziyyətə salınan oğul şikayət edib. Şikayətçi Anar Nəbiyev bildirib ki, 59 yaşlı anası Cəhanə Talıbova böyrək çatışmamazlığı xəstəliyindən əziyyət çəkir. Altı il öncə səhhətində problemlər yarandığından Respublika xəstəxanasının reanimasiyasına yerləşdirilib, 3-4 gün orada qalandan sonra müalicə üçün Irana gedib və orada təyin olunmuş müalicələri Bakı şəhərində apararaq normal həyat tərzi sürüb.

 
Bu ilin yanvarında anası qrip xəstəliyi keçirəndən sonra səhhəti pisləşib və özəl klinikalardan birində ona probleminin böyrək xəstəliyi ilə bağlı olduğu deyilib. Bu il fevralın 6-da səhhəti yenidən pisləşib və anasını Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına aparıb. Klinikanın uroloq həkimi tərəfindən müayinə olunub və onun dializ olunması məsləhət görülüb.
 
“Anam iki gün dializ olundu, dializ olunandan sonra gündə bir dəfə saat 12-00-dan 13-00-dək onunla görüşməyə bizə icazə verirdilər. Fevralın 11-də anama növbəti dializ edilirdi və biz reanimasiya şöbəsinin qarşısında duraraq dializdən sonra onunla göruşməyi gözləyirdik. Bu zaman dializ olunan otaqdan tibb bacısının həyacanla qışqırdığını və həkimi çağırdığını eşitdik. Şöbədə tək anamın olmasını bilərək ora daxil oldum və anamın huşsuz vəziyyətdə olduğunu gördüm.Dərhal reanimasiyaya oksigen balonu, defibrilyator və digər tibbi ləvazimatlar gətirildi, təqribən 10 dəqiqədən sonra anamı çarpayıda reanimasiya şöbəsinə keçirtdilər. Həkim bildirdi ki, artıq anamın vəziyyəti stabilləşir”.
 
A.Nəbiyevin sözlərinə görə, üç saat sonra həkim anası ilə görüşə icazə verib və onun ağır durumundan bundan sonra xəbər tutub: “Görüş zamanı anam yarımcan bildirdi ki, beldən aşağı nahiyələrdə kəskin ağrılar var, həmin ağrıla dözə bilmədiyindən, ağrıkəsicinin vurulmasını, evə aparılmasını xahiş etdi. Səhəri gün, fevralın 12-də anamı rentgen elədilər və onurğa sütununun fəqərə cisminin qəlpəli, kompression sınığı aşkarlandı. Həkimlər dedilər ki, anam şoka düşən zaman onurğa sütunu sınıb və bununla bağlı axşama travmatoloq dəvət ediblər. Səhəri gün həkim-reanimatoloq anamın psixoloji və fiziki durumunun pis olduğunu deyrək, mənim Baş həkimnən icazə alaraq reanimasiyaya anamın yanına daxil olub ona ürək-dirək verməyimi məsləhət gördü. Bu məqsədlə mən xalamla birlikdə klinikanın baş həkimi Ramin Bayramlının yanına getdim və həkim-reanimatoloqun məsləhəti ilə anamın yanına reanimasiya otağına keçməyə icazə verməsini xahiş etdim. Baş həkim “yox, olmaz” deyəndən sonra, xəstənin anam olduğunu, və “mənim vəziyyətimdə siz nə edərdiniz” deyəndə, Baş həkim Ramil müəllim ayağa qalxaraq kobud şəkildə xalamın yanında məni təhgir etdi, “səni bu dəqiqə ayağımın altına salıb taptalıyaram, rədd ol otağımdan, sən kimsən ki, öz ananı mənim anamla müqayisə edirsən, hər gələn öz anasını mənim anamla müqayisə edəcək?” deyərək mənə yumruqla zərbə endirmək istədi. Bu zaman xalam məni onun otağından çıxararaq çox həyacanlı olduğumu görüb sakitləşdirməyə çalışdı. Klinikanın Baş həkiminin kobud, təhqir edici və həkimə yaraşmayan hərəkətləri barəsində Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng vuraraq məlumat verdim və anamı başqa klinikaya keçirmək üçün tədbirlər gördüm. Klinikanın baş həkiminin etdiyi yaraşmaz hərəkətlərinə görə həkim heyəti məndən və ailə üzvlərimdən klinikanın toplantı otağında üzr istədilər”.
 
Şikayətçi bildirdi ki, həmin günü axşam anasını təcili yardım maşınının vasitəsi ilə Mərkəzi Klinik Xəstəxanasına keçirib. Mərkəzi Klinik Xəstəxanasında dərhal anamı müayinələrdən keçirdilər və məlum oldu ki, onurğa sütununun sınması nəticəsində anamın daxili orqanları zədələnib və orada daxili qanaxma baş verib ki, bu da anamın vəziyyətini kəskin şəkildə ağırlaşdırıb. Böyrək çatışmamazlığı ilə bağlı öz ayağı ilə xəstəxanaya gedərək həkimə müraciət edib, sonradan xəstəxanada personalın məsuliyyətsizliyi və səhlənkarlığı nəticəsində onurğa sınığı və daxili qanaxma qazanan anamın bu vəziyyətə düşməsi nə dərəcədə düzgündür?”
 
An.Nəbiyev qeyd etdi ki, Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında anasının “müalicə”sinə rəsmi olaraq 5000 manata yaxın pul ödəyib. Mərkəzi Klinik Xəstəxanasına isə qanaxmasını dayandırmaq və həyata qaytarmaq üçün 9388 manat pul ödəyib. Sınıqla bağlı əməliyyata görə isə əlavə olaraq 11000 manat ödəməlidir.
 
O, anasının ölümcül hala salınmasında məsuliyyətsizlik və səhlənkarlıq etmiş Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının baş həkimi, həkim və tibb personalı barəsində tədbirlərin görülməsini, onların məsuliyyətə cəlb olunmasını tələb edir.
 
Anar Nəbiyev bildirdi ki, ailəsinin başına gətirilənlərlə bağlı ölkənin birinci xanımı Mehriban Əliyevaya, baş Prokuror Zakir Qaralov və səhiyyə naziri Oqtay şirəliyevə müraciə etdib.
 
Baş həkim Ramin Bayramlı Criminal.az-a açıqlamasında xəstənin oğlunu təhqir etməsini böhtan adlandırdı. Bildirdi ki, xəstənin onurğasını heç kim sındırmayıb. Onun sözlərinə görə, Ç.Talıbova kəskin böyrək çatışmazlığından əziyyət çəkir. Dializ zamanı xəstədə qıcolma baş verib. Müayinə zamanı məlum olub ki, xəstədə paparaforma deyilən göstəricisi həddindən artıq yüksəkdir. Belə olan halda isə sümüklərdəi kalsiumu qana çıxardır və nəticədə sümüklər kövərəkləşir. Qıcolma olan vaxtı isə onurğa sütununda sınıq baş verib.
 
“Sınığın bizdə bə ya bizdən əvəl baş verməsini bilmirik. Amma bizim klinikada aşkar olunub. Əgər xəstənin yaxınlarıın şübhəsi varsa, ekspertizaya versinlər, harda və kim tərəfindən onurğa sındırılıbsa, məsuliyyətə cəlb olunsun. Sınmanın qıcolma nəticəsində baş verməsi tibbdə rast gəlinən hallardır. Burda steparoz deyilən xəstəlik var. Həmin xəstələr yüngül toxunuşla, ayağını səhv atanda sınıq baş verir. Bunların hamısı xəstəlik tarixcəsində qeyd olunub və biz rahatıq. Hara şikatər etsələr də, lazımi cavab veriləcək” - deyə baş həkim əlavə etdi.
https://pravda.az/news/17178

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.