Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Əhməd Əhmədzadənin polkovnik kürəkəni vəfat etdi - Koronavirusdan

Əhməd Əhmədzadənin polkovnik kürəkəni vəfat etdi - Koronavirusdan

Əhməd Əhmədzadənin polkovnik kürəkəni vəfat etdi - Koronavirusdan
2020-07-26 , 14:16

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat İmtahan İdarəsinin rəisi, polkovnik İlham Rəcəbov dünyasını dəyişib.

Avtosfer.az xəbər verir ki, İlham Rəcəbov bir neçə gün əvvəl müalicə üçün Türkiyəyə aparılıb. Lakin həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, rəis müavini təxminən bir ay əvvəl koronovirusa yoluxmuşdu. Müalicəsi Azərbaycanda davam etsə də vəziyyəti pisləşdiyi üçün Türkiyəyə aparılmışdı.
Onu da bildirək ki, polkovnik İlham Rəcəbov Melorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin kürəkəni idi.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.