Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Gizli nişan etmək istədilər - Cərimələndilər - VİDEO

Gizli nişan etmək istədilər - Cərimələndilər - VİDEO

Gizli nişan etmək istədilər - Cərimələndilər - VİDEO
2020-08-12 , 16:33

Zaqatala Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən 2 fərdi yaşayış evində karantin qaydalarının pozularaq, gizli nişan mərasimlərinin keçirilməsi barədə məlumat daxil olub.


Yenilik.az  DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupuna istinadən xəbər verir ki, həmin məlumat əsasında polis əməkdaşları şəhər sakini Firəngiz Məmmədovaya və rayonun Danaçı kənd sakini Rauf Əliyevə məxsus evlərə gəliblər. Həmin ünvanların hər birində 20-dən artıq şəxsin bir yerə toplaşaraq, karantin qaydalarını pozduqları aşkar edilib.

Ev sahibləri və məclisi təşkil edənlər Polis Şöbəsinə dəvət edilib. Onlara ölkədə elan edilən karantin rejiminin tələb və qaydaları izah olunub. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək, hər biri 200 manat məbləğində cərimələnib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.