Yenilik.Az
www.Yenilik.Az » Hadisə » İCRA BAŞÇISI VƏ MÜAVİNİ SAXLANILDI

İCRA BAŞÇISI VƏ MÜAVİNİ SAXLANILDI

İCRA BAŞÇISI VƏ MÜAVİNİ SAXLANILDI
2020-08-19 , 14:19

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin xüsusi əməliyyatı zamanı Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov saxlanılıb.

Yenilik.az-ın Virtualaz.org-a istinadən məlumatına görə, Ceyhun Cəfərovla birgə icra başçısının birinci müavini Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və başqaları saxlanılıblar.
Məlumata görə, vəzifəli şəxslər rüşvət almaqda, dövlət əmlakını mənimsəməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinirlər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.