Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Ramiz Mehdiyevin kürəkəni və qudası məhkəməyə gətirildi

Ramiz Mehdiyevin kürəkəni və qudası məhkəməyə gətirildi

Ramiz Mehdiyevin kürəkəni və qudası məhkəməyə gətirildi
2020-08-22 , 11:54

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin karantin dövründə nəvəsinə toy məclisi təşkil etməsi ölkə gündəmində ciddi rezonansa səbəb olub.


Toyun görüntüləri mediada yayımlandıqdan sonra sosial şəbəkədə və ictimaiyyətdə haqlı olaraq karantin rejimini pozanların cəzalandırılması məsələsi müzakirə olunub.

Hazırda toy sahibləri Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayev məhkəməyə gətirilib. Onlar barəsində qanuna müvafiq olaraq ölçü götürüləcək.

Proses bir neçə dəqiqə sonra Abşeron Rayon Məhkəməsində başlayacaq.
Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev və qudası Rövşən Mustafayev İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə ittiham olunurlar. İşə hakim Şövkət Nəcəfovanın sədrliyi ilə baxılır.
Həmin madə ilə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.