Yenilik.Az
www.Yenilik.Az » Hadisə » SON DƏQİQƏ: Azərbaycanda nazirlik binasında yanğın - VİDEO

SON DƏQİQƏ: Azərbaycanda nazirlik binasında yanğın - VİDEO

SON DƏQİQƏ: Azərbaycanda nazirlik binasında yanğın - VİDEO
2020-08-26 , 11:58

Ədliyyə Nazirliyinin inzibati binasında yanğın olması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112 - Qaynar Xətt”inə məlumat daxil olub.
FHN-dən Redaktor.az-a bildirilib ki, əraziya Dövlət Yanğından Mühafizə  Xidmətinin müvafiq qüvvələrə cəlb olunub. Yanğının ətrafa yayılmasının qarşısı alınıb, yanğın söndürülüb.
11:51 (Yenilənmə)
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin inzibati binasında yanğın başlayıb.
Redaktor.az-ın xəbərinə görə, Bakı şəhəri, İnşaatçılar prospekti 1 ünvanında yerləşən binanın 5-ci mərtəbəsi yanır.
Nazirliyin əməkdaşları binadan təxliyə olunub.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb edilib.
Hadisə zamanı nazirliyin rəsmi səhifəsində canlı yayım aparılırdı. Yanğın başladığından canlı yayım dayandırılıb. //Report
 


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.