Yenilik.Az
www.YENILIK.Az » Hadisə » Xoruz ülgüclə adam öldürdü - Qəribə OLAY

Xoruz ülgüclə adam öldürdü - Qəribə OLAY

Xoruz ülgüclə adam öldürdü - Qəribə OLAY
2020-01-18 , 13:42

Hindistanda qadağan olunmasına baxmayaraq, bəzi bölgələrdə keçirilən xoruz döyüşlərində bir nəfər ölüb.

Sondakika.com-un xəbərinə görə, Andra Pradeş əyalətinin Pragadavaram kəndində təşkil olunan döyüşdə rəqibinə daha çox xəsarət yetirməsi üçün bir xoruzun ayağına iti ülgüc bağlanılıb.

Xoruz isə rəqibi əvəzinə döyüşə tamaşa edənlərə hücum edib. Bu zaman 55 yaşlı kişi qarnından xəsarət alıb və hadisə yerindəcə vəfat edib.

Polis həmin şəxsin ölümü ilə bağlı döyüşdə iştirak edən bir neçə nəfəri saxlayıb. Araşdırma aparılır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.