Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Erməni hərbi PUA-sı vuruldu, MN təsdiqlədi - VURULMA ANI VİDEO

Erməni hərbi PUA-sı vuruldu, MN təsdiqlədi - VURULMA ANI VİDEO

Erməni hərbi PUA-sı vuruldu, MN təsdiqlədi - VURULMA ANI VİDEO
2020-09-21 , 00:10

Sentyabrın 20-də saat 23:00 radələrində Şəmkir rayonu ərazisində güclü partlayış səsi eşidilib.

Bu barədə Musavat.com-a rayon sakinləri məlumat verib. Məlumatda bildirilir ki, ard-arda iki güclü partlayış səsi eşidilib.
Musavat.com yayılan xəbərlə bağlı araşdırma aparıb.
Mötəbər qaynaqlardan aldığmız qeyri-rəsmi məlumata görə, qeyd edilən saatda Şəmkir rayonu ərazisində erməni hərbi PUA-sı (Pilotsuz Uçuş Aparatı) Azərbaycan hərbi qüvvələri tərəfindən məhv edilib.
Vurulan hərbi PUA Şəmkir rayonun Sabirkənd kəndi ərazisi üzərində vurulub, rayonun Ağdağlar adlanan məhəlləsinə düşüb.
O da bildirilir ki, PUA ermənilərlə sərhəd istiqamətində vurulub.
Musavat.com bildirir ki, xəbərin yayılmasından 1 saat sonra Azərbaycan Müdafiə Nazirliyi faktı təsdiqləyib.

Mənbə: https://musavat.com/news/semkir-rayonu-uzerinde-ermeni-herbi-pua-si-vuruldu-son-deqiqe_735911.html

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.