Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Gəncə sakini: “Qardaşım dörd övladı dağıntılar altındadır” - VİDEO

Gəncə sakini: “Qardaşım dörd övladı dağıntılar altındadır” - VİDEO

Gəncə sakini: “Qardaşım dörd övladı dağıntılar altındadır” - VİDEO
2020-10-17 , 08:12

“Qardaşım qalmışdı, onu yaralı halda dağıntılar altından çıxartdıq”.

Baku TV xəbər verir ki, bu sözləri Gəncə sakini Elçin Məmmədov deyib. 
O bildirib ki, düşmənin Gəncəyə raket hücumu nəticəsində qardaşının dörd övladı dağıntılar altında qalıb:
“Qardaşımın dörd övladı hələ də dağıntılar altındadır. Onlar 33, 18, 11, və 7 yaşlarındadırlar.  Dağılan evlərdə 60-ya yaxın insan yaşayırdı”.

Xatırladaq ki, ilkin məlumatlarda hadisə nəticəsində 6 nəfərin həlak olduğu, 35 nəfərin yaralandığı, dağıntılar altında qalanların olduğu bildirilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.