Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Qarabağda Azərbaycan ordusuna qarşı döyüşən rus əsgər məhv edildi

Qarabağda Azərbaycan ordusuna qarşı döyüşən rus əsgər məhv edildi

Qarabağda Azərbaycan ordusuna qarşı döyüşən rus əsgər məhv edildi
2020-10-23 , 16:14

Milliyyətcə rus olan əsgər Aleksandr Neçayev Qarabağda Azərbaycan Ordusuna qarşı döyüşərkən məhv edilib.

Bu barədə məlumatı erməni mediası yayıb.
Mənbə bildirir ki, 2001-ci il təvəllüdlü Aleksandr Vasilyeviç Neçayev Ermənistanın şimalında, rus molokanlarının yaşadığı Lermontovo kəndinin sakini olub.
Hazırda Rusiyada yaşayan və işləyən kəndlilərindən biri İvanın “Sputnik Ermənistan”a verdiyi müsahibəsində oğlanın çətin şərtlərdə böyüdüyünü, onu nənəsinin saxladığını deyib.
Kənd başçısı Edik Çaxalyan Aleksandrın nənəsinin hələ sağ olduğunu, kənddə yaşadığını, Moskvada olan xalasının da dəfn mərasiminə gəldiyini söyləyib.
Digər kənd sakini, hərbçi Dmitri Şutov yaralanıb və hazırda İrəvandakı xəstəxanadadır, lakin həyatı təhlükədə deyil.
Xatırladaq ki, Dağlıq Qarabağdakı döyüş əməliyyatları zamanı milliyyətcə Belarus vətəndaşı Yevgeni Qorodniçiy, habelə hərbi hissənin komandiri polkovnik Vyaçeslav Voskovski Azərbaycan Ordusu tərəfindən öldürülüb.
Qeyd edək ki, Qarabağ münaqişəsi zonasında 27 sentyabrdan bəri gərgin döyüşlər davam edir. Azərbaycan Silahlı Qüvvələri işğalda olan torpaqlarının bir qismini azad edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.