Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Laçın və Qubadlı rayonları raket-artilleriya atəşinə tutulur- SON DƏQİQƏ!

Laçın və Qubadlı rayonları raket-artilleriya atəşinə tutulur- SON DƏQİQƏ!

Laçın və Qubadlı rayonları raket-artilleriya atəşinə tutulur- SON DƏQİQƏ!
2020-10-24 , 17:12

Azərbaycan Ordusu bölmələrinin Laçın və Qubadlı istiqamətlərində həyata keçirdiyi əməliyyatların qarşısını almaq məqsədilə Ermənistan növbəti təxribata əl atıb.

 
Bu barədə Aydınlıq.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Belə ki, hazırda Ermənistanın Gorus və Qafan rayonları ərazisində, dövlət sərhədinə yaxın yerdə döyüş mövqeyi tutan düşmənin raket və artilleriya qurğuları Laçın və Qubadlı ərazilərini güclü atəşə tutur.

Qarşı tərəfin məqsədi Azərbaycan Ordusunu Ermənistan ərazisinə atəş açmağa təhrik etməkdir. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.