Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Ermənistan Göygölü atəşə tutdu: Meşədə yanğın başladı

Ermənistan Göygölü atəşə tutdu: Meşədə yanğın başladı

Ermənistan Göygölü atəşə tutdu: Meşədə yanğın başladı
2020-10-29 , 17:36

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutmaqla yanaşı, ekoloji terror əməllərini də davam etdirir.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, döyüş bölgəsindən kənarda yerləşən Göygöl rayonunun ərazisi Ermənistan silahlı qüvvələrinin ağır artilleriya qurğularından atəşlərə məruz qalıb.
Nəticədə, meşəlik ərazidə yanğın başlayıb. Yanğının söndürülməsi məqsədilə əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.
Hazırda yanğının geniş əraziyə yayılmaması və söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.