Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Milli Qəhrəman yol qəzasında vəfat etdi - SON DƏQİQƏ / FOTO

Milli Qəhrəman yol qəzasında vəfat etdi - SON DƏQİQƏ / FOTO

Milli Qəhrəman yol qəzasında vəfat etdi - SON DƏQİQƏ / FOTO
2020-11-18 , 13:26

Goranboyda ağır yol qəzasına düşən Azərbaycan Milli Qəhrəmanı, polkovnik-leytenant Məhəmməd Həsənov vəfat edib.

Redaktor.az xəbər verir ki, süni nəfəs aparatına qoşulan 61 yaşlı keçmiş döyüşçü bu gün xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Məhəmməd Həsənov birinci Qarabağ müharibəsində özünün yaratdığı könüllülərdən ibarət Goranboy özünmüdafiə taborunun komandiri olub. Bu tabor M.Həsənovun rəhbərliyi ilə Goranboyun kəndlərini işğaldan qoruyub və Şaumyan kəndini, Ağdərənin bir neçə kəndini işğaldan azad edib.
M.Həsənov vaxtilə şagirdi olduğu 3 nömrəli tam orta məktəbin direktoru idi.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.