Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Xırdalanda partlayış olub

Xırdalanda partlayış olub

Xırdalanda partlayış olub
2020-11-29 , 07:20

Abşeron rayonunda köhnə zavod ərazisində uçqun baş verib.

 
Hadisə Xırdalan şəhərindəki keçmiş Yüngül Konstruksiyalar Zavodunda qeydə alınıb.

 
Zavod fəaliyyət göstərmədiyindən onun ərazisində məcburi köçkün ailələri məskunlaşıbmış. İlkin məlumata əsasən, hadisə yağış sularının təsiri nəticəsində meydana gəlib. Belə ki, keçmiş zavodun beton tavanı uçaraq "Mitsubishi" və "Volkswagen" markalı iki avtomobilin üzərinə dağılıb. Nəticədə avtomobillərdə yanğınla müşahidə olunan partlayış baş verib.
 
Əraziyə polis əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Yanğının qarşısı alınıb.
 
Abşeron RPİ-nin əməkdaşlarının verdiyi məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Ancaq ərazidəki iki avtomobil zavodun çökən tavanının altında qalıb.APA

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.