Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Sumqayıtda marşrut avtobusu qəzaya düşdü - Xəsarət alan var - Foto

Sumqayıtda marşrut avtobusu qəzaya düşdü - Xəsarət alan var - Foto

Sumqayıtda marşrut avtobusu qəzaya düşdü - Xəsarət alan var - Foto
2020-01-29 , 13:40

Sumqayıtda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb. "Mercedes Vito" markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan digər "Mercedes" markalı avtomobilə, daha sonra isə 7 saylı marşrut avtobusuna çırpılıb.

Qəza nəticəsində "Mercedes Vito" markalı avtomobilin sürücüsü, 1970-ci il təvəllüdlü Məmmədov Natiq Bilal oğlu ağır bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.