Xalq artistimiz həkimlərin DİQQƏTSİZLİYİNDƏN ÖLDÜ - ŞOK AÇIQLAMA

Xəbər verdiyimiz kimi, koronavirusa yoluxan Xalq artisti Sabir Əliyev vəfat edib. Bu barədə prodüser Sənan Sərdaroğlu məlumat verib.
"Sənətkarlar var ki, adi bir adam öləndə yığılırlar. Həmin insanlar elə böyük sənətkarın dəfnində gəlib iştirak etmədilər. Siz ölməyəcəksiniz? Siz də öləcəksiniz. Media işçiləri niyə gəlib işıqlandırmırsınız? Adi bir adam ölüb? SMS icazə var, gəlin yarım saat iştirak edin, sonra gedin də. Ayrı vaxtı hər toyda deyirdiniz ki, Sabir müəllim siz bizim başımızın tacısınız. Həkimlərin diqqətsizliyindən öldü. Xəstəxanada baxa bilmirdiniz, gəlib evdə baxardınız"
Qeyd edək ki, 72 yaşlı xanəndə bir müddət bundan əvvəl "COVID-19" diaqnozu ilə xəstəxanaya aparılmış, vəziyyəti ağırlaşaraq reanimasiyaya yerləşdirilmişdi.
O, 1968-ci ildə tələbə ikən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət edilib və 42 il teatrın muğam bölməsinin solisti olub. S.Əliyev müxtəlif səhnələrdə, radio və telekanallarda, Türkiyə, BƏƏ, Rusiya, Fransa, İsveçrə, İran, Misir, Nigeriya və b. ölkələrdə qastrol səfərlərində olub və böyük uğurla çıxış edib. Sabir Əliyev Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə "Əməkdar artist", 2017-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb.