Yenilik.Az
www.Yenilik.Az » Hadisə » "BMW markalı avtomobil “Kamaz”ın altına girib" - Aslanın ölümünün təfərrüatı

"BMW markalı avtomobil “Kamaz”ın altına girib" - Aslanın ölümünün təfərrüatı

"BMW markalı avtomobil “Kamaz”ın altına girib" - Aslanın ölümünün təfərrüatı
2021-05-04 , 15:57

Xəbər verdiyimiz kimi müğənni Aslan Hüseynov yol qəzasında dünyasını dəyişib.

 
AZXEBER.COM xəbər verir ki, müğənni İbrahim Borçalı ARB TV-nin canlı efirinə qoşularaq Aslan Hüseynovun ölümü haqda danışıb:
 
"Mən də ora gedirəm. Bacıları, yoldaşı oradadır. Deyilənə görə maşın Qaradağ ərazisində "Kamaz”-ın altına girib. Maşında köməkçisi də olub. Hər ikisi dünyasını dəyişib". 
 
Qeyd edək ki,  Bakı-Qazax yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev bildirib ki, hadisə yolun 60-cı km-də qeydə alınıb: "Belə ki, müğənni Aslan Hüseynova məxsus BMW markalı avtomobil qəzaya düşüb. Nəticədə avtomobilin sürücüsü Məhəmməd Vəliyev və avtomobildəki digər sərnişin Aslan Hüseynov vəfat edib".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.