Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Eks-kürəkəni Rəhim Qazıyevin qapısını sındırdı - Qızı şiddətə məruz qalır

Eks-kürəkəni Rəhim Qazıyevin qapısını sındırdı - Qızı şiddətə məruz qalır

Eks-kürəkəni Rəhim Qazıyevin qapısını sındırdı - Qızı şiddətə məruz qalır
2020-02-07 , 11:47

Keçmiş Müdafiə naziri Rəhim Qazıyevin qızı Şəbnəm əri tərəfindən təhdid olunur.

"Yeni Sabah" xəbər verir ki, bu barədə jurnalist Əvəz Zeynallı məlumat paylaşıb. O bildirib ki, Şəbnəm əri Ramil Əzizovdan ayrılıb və bundan sonra Ramil Şəbnəmi və R.Qazıyevin digər ailə üzvlərini narahat etməyə başlayıb. R.Əzizov Şəbnəmin qonşularını, iş yoldaşını da hədələməyə başlayıb. Daha sonra R.Qazıyevin evinin qarşısında onun digər qızı Aytənin maşınının təkərlərini bıçaqla deşib və bu anlar təhlükəsizlik kamerasında qeydə alınıb. Polisə müraciət edildikdən sonra R.Əzizov saxlanılsa da, qısa müddət ərzində sərbəst buraxılıb.

R.Əzizov bunun ardınca Rəhim Qazıyevin evinə gələrək mənzilin qapısını sındırıb. Bu dəfə də 102-yə şikayət edildikdən sonra saxlanılan Əzizov yenə azadlığa buraxılıb.

Əvəz Zeynallı qeyd edir ki, Şəbnəm Əzizova onunla söhbətində “Heç nəyini istəmirəm, bircə məndən əl çəksin. Qorxuram, addım ata bilmirəm. Az qalıram, 2 uşağımı da, özümü də zəhərləyib öldürəm”,- deyib.

Ə.Zeynallı bu hadisə ilə bağlı polisin hərəkətsizliyindən narahat olduqlarını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, məsələdən məlumatlıdırlar: “Hazırda araşdırma aparılır, yekunda ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, bir neçə gün öncə Şuşa Şəhər İcra Haakimiyyətinin sabiq başçısı Nizami Bəhmənovun oğlu Ceyhun Bəhmənov ondan boşandığı üçün arvadı Dilarə Bəhmənovaya küçədə hücum edərək 16 bıçaq zərbəsi vurub. Qadının vəziyyəti ağır olaraq qalır, C.Bəhmənov isə həbs edilib. D.Bəhmənovun anası Elmira Zeynalovanın sözlərinə görə, Ceyhunun hədələri və təzyiqləri bir neçə aydır davam edirmiş.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.