Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Jurnalist üsyan etdi: Atamı baş həkim öldürdü

Jurnalist üsyan etdi: Atamı baş həkim öldürdü

Jurnalist üsyan etdi: Atamı baş həkim öldürdü
2021-05-11 , 00:05

Jurnalist Ramina Eyvazqızı atasının ölümünə görə Mərkəzi Neftçilər Xəstəxanasınına olduqca ağır ittihamlar irəli sürüb.


Bakupost.az jurnalistin paylaşdığı yazısını təqdim edir:

Atam canını illərdir tənqid etdiyim, çirkab içində olan səhiyyə və onun insanlıqdan xəbəri olmayan idarəçiləri ucbatından itirdi. Sözsüz hamımız öləcəyik, amma...

Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasov və onun komandası kimi ancaq tibbi protokol üzrə hərəkət edənlər üçün xəstənin canı cəhənnəmlikdir. Xəstəyə fərdi yanaşmayanlar COVİD adı ilə xəstəxanaya gedən atamı qanaxmadan qurtara bilmədilər.

Atam COVİD-ə qalib gəlmişdi: boğularaq canını tapşırsaydı, gec xəstəxanaya çatdırılsaydı, yan xəstəlikləri olsaydı, anlamaq olardı. Amma müsbət dinamika ilə yaxşılaşan insan baxımsızlıqdan, səhlənkar münasibətdən vaxtında izolyasiya olunmadı, xəstəxanadaxili infeksiyalara yoluxdu və bu üzdən yüksək dozalı antibiotiklərin qurbanı oldu, qaraciyər və böyrəyi sıradan çıxdı. Septik şok!

Atama “qızınla vidalaş” dedilər

Atam reanimasiyaya yerləşdiriləndə psixoloji zərbəyə məruz qaldı, panik ataka girdi: “buradaca qızınla vidalaş” deyən “həkim” insan ola bilməz!

22-ci gündə də intubasiyada olan atam ayılanda həkim bacım ona bir necə gün psixoloji dəstək vermək istəyirdi, xəstənin reabilitasiyası başlamalı idi. Bacımın dəstəyi ilə atamın müayinə və vəziyyəti həkimlərin də çoxunun dediyi kimi, müsbətə gedirdi. Hətta həkim fizioterapevt (öz istəyimiz ilə) də masaja başlamışdı. Amma olmadı. Çünki xəstəxana direktoru jurnalist olduğumdan xəbər tutdu və bacımı qovdu.
“Xəstəniz COVİD deyil artıq, bəlkə 2 ay burda qalacaq, yer tutur burda, köçürün xəstənizi” dedi. Çünki qorxdu. O xəstəxanada saysız nöqsanı olduğunu qəşəng bilirdi.

Reanimasiyada xəstələrə ancaq növbəli reanimatoqlar baxırdı. Kompleks müalicə və başqa profilli həkim yox idi.

Özümüz bir necə həkim gətirdik. Təsəvvür edin, atamın gec ayılmağının səbəbindən biri ona iki həftədən çox müddətdə vitamin vurulmaması idi. Vicdansızlıq! Bizim təkidlə multivitamin vuruldu.

Xəstəmizdən bezən Samirə həkimin davranışları, bacımın sualları atamın sonunu gətirdi. Atamdan qurtulmaq istəyirdilər!

Bu müddətdə bacım TƏBİB-ə sorğu göndərdi ki, axı, atam COVİD deyil, niyə sağalmır? TƏBİB Musa Abbasova bu sualı verdi, amma… bundan sonra bacım oradan qovuldu. Necə oldusa, yaxsılaşan atam bacım xəstəxananı tərk edəndən sonra pisləşdi.

Halbuki TƏBİB-dən aldığım son məlumatda “atan cətin mərhələni ötürüb, səbirli olun, müsbət dinamika, saturasiya normal, huşu aydındır” deyildi . Bacım Musa “həkim”ə zəng vurdu ki, izn verin atama dəstək olum, izn verin onu görüm. “Ailəmlə istirahətdəyəm, narahat etməyin” cavabını aldı.

Öz həmkarına hörmətsizlik edən və atamın ölümünü tezləşdirmək üçün planlar quran şəxs insan ola bilməz!
Bacım 3 gün xəstəxana həyətində qaldı və yalvardı ki, qolu bağlı, bir aya yaxındır ac və yuxulu qalan, ağzı, boğazı intubasiya borusundan sonra yaralı olan və danışa bilməyən insana dəstək lazımdır ki, özünə gəlsin. Yenə olmadı... 3 gün sonra bacıma zəng edib “gəl, atanı gör” dedilər. Bacım atamda qanaxmanın başladığını dedi. Atam 3 gün içində necə belə ağırlaşdı? Tanınmaz hala gəldi və canını tapşırdı. Növbəti qurban o oldu.

Musa artıq Yeni Klinikanı da idarə edir

Bir qrup gözü puldan başqa heç nə görməyən … yığını, sizin də əzizləriniz var!

Musa kimi adam Yeni Klinikanı da artıq idarə edir, yəni ölkədə ondan başqa adam yoxdur. Özü ixtisasca reanimatoloqdur, amma xəstə yerləşdirib pul qazanmaqdan sənəti ilə məşğul ola bilmir.

Həkim əvvəlcə insan, sonra həkim olmalıdır. Bəli, reanimasiyada canla-başla xəstəyə xidmət göstərənlər də var, amma qansız rəhbərlik, tibb işçisi olanlar belə insanları kölgədə qoyur…

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.