Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Ucarda məktəbdə biabırçılıq: Məktəb direktoru şagirdi otağa salıb,görün nə etdi - VİDEO

Ucarda məktəbdə biabırçılıq: Məktəb direktoru şagirdi otağa salıb,görün nə etdi - VİDEO

Ucarda məktəbdə biabırçılıq: Məktəb direktoru şagirdi otağa salıb,görün nə etdi - VİDEO
2021-06-07 , 14:31

Ucarda məktəb direktorunun azyaşlı şagirdə qarşı əxlaqsızlıq etməsi barədə  idia səsləndirilib.

Bu barədə  iddianı Oxu24.com saytına müraciətində   Ucar rayonu Pirkənd kənd  orta məktəbin 8-ci sinifində oxuyan Nurtacın atası bildirib.
"Ucar rayonu Pirkənd kənd tam orta məktəbin direktoru Tapdıq İsayev mənim 8-ci sinif şagirdi olan 14 yaşlı qızım Nurtaca əxqlaqsız hərəkətlər təklif edib.Buna görə Ucar Rayon Polis Şöbəsinə şikayət etmişik.

Belə ki, 2007-ci il tarixdə anadan olmuş qızım Nurtac Ucar rayonu Pirkənd kənd ta orta məktəbin 8-ci sinifində oxuyur. 25 may 2021-ci il tarixdə dərsdə olan zaman qızım Nurtacı direktor Tapdıq İsayev öz otağına çağırıb.Qızım Nurtac direktorun otağına daxil olanda ona deyibki qapını ört yaxın gəl.  Direktor qızıma deyib ki, valideyinlərin kasıbdır ancaq onlar bilməsin sənin oxumağına mən kömək edəcəm, sənə yaxşı qiymətlər yazdıracam ali məktbə daxil olmağına köməklik göstərəcəm. Sonra direktor uşağın sinəsinə baxıb gözü ilə işarə edib deyib ki, sinəni aç baxım.Uşaq qorxub qaçıb gəlib girib sinifə.Sinif müəllimi nə olduğun soruşanda qızım ondan icazə alıb ki, evə gedirəm.Evə ağlaya-ağlaya gəlib əhvalatı anasına danışıb.Anası deyib ki, bu barədə atana demə atan onu öldürər.
Həttda məktəbli kiçk oğlum bunu eşidib intihar etmk  istəyib.Mən bunu eşidib sarsıntı keçirdim. Qoca atam mənə yalvardı ki, özünü ələ al səbirli ol.Atam direktoru görüb ona sözün deyib onun üzünə tüpürüb. Hərçənd ki, o etdiyi əxlaqsız hərəkti boynuna almayıb. 
Biz Ucar Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişik.Polis rəisi əvəzi İlham müəllim mənidə, azyaşlı qızımıda çağırıb dindirdi izahat aldırıb. 
Ucar rayon Təhsil Şöbəsinin müdiri Rauf Məmmədovun  bu barədə məlumatı olsada heç bir tədbir görməyib.Çünki o əxlaqsızlıqla məşğul olan məktəb direktorunun mövqeyini müdafiə edir.Həttda öz əxlaqsız hərəkətlərini sığortalamq üçün direktor Tapdıq İsayev məktəbin müəllimlərinidə onu müdafiə etməyə məcbur edir.Onlar isə bunu etməyə məcburdular.Çünki məktəbdə anarxiya baş alıb gedir.Adı olan özü olmayan siniflər, saxtakarlıqla yazılıb keçirilməyən dərs saatları, işə gəlməyib  ciblərdə olan maaş kartları bütün məktəbi gözü kölgəli edib.
Əxlaqsızlıqla məşğul olan 60 yaşlı Tapdıq İsayevin məktəbdə direktor vəzifəsində işləməsi Azərbaycan təhsilinə ləkədir.Belə əxlaqsızın yeri zindan olmalıdır. Onun hazırda da bu vəzifədə qalması biabırçılıqdır.Bu hadisə bütün kəndi şoka salıb. Tapdıq İsayevin oğlu Nicat Bakı şəhərində Yol Polisi əməkdaşıdır.".
Oxu24.com idialarla bağlı qarşı tərəfin də mövqeyini təqdim etməyə hazırdır.
Mənbəı: https://oxu24.com/az/sikayetler/55068/ucarda-mektebde-biabirciliq-mekteb-direktoru-sagirdi-otaa-salibgrun-ne-etdi-video/
Ucar rayon təhsil şöbəsinin müdiri Rauf Məmmədov Unikal.org-a açıqlamasında bildirib ki, hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır: "Sözügedən məsələ ilə bağlı araşdırma bitdikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.