Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Bakıda qadına qarşı zorakılıq - VİDEO

Bakıda qadına qarşı zorakılıq - VİDEO

Bakıda qadına qarşı zorakılıq - VİDEO
2021-06-17 , 13:49

Tanınmış aparıcı Aytən Səfərova öz instaqram hesabında qadına şiddəti əks etdirən videogörüntülər paylaşıb.


Pravda.az xəbər verir ki, o, sözügedən görüntülərin Yasamal rayonu ərazisində çəkildiyini bildirib.

Kadrlarda bir kişi xanımı məcburi şəkildə avtomobilinə apararaq zorakılıq göstərib. Lakin həmin gənc qız kömək istəyərək oradan qaçıb, kişi isə maşına minərək ərazidən uzaqlaşıb.

Səfərova həmin paylaşıma belə şərh verib: “Səhər tezdən qışqırıq səslərini eşitdik, sonadək nə olduğunu anlamadıq. Ümid edirik ki, bu ailənin üzvləri barışıb və uşaqları artıq gözüyaşlı deyil. Yəqin mütəmadi olaraq qadına əl qaldırır. Mən belə anlayıram. Öz həyat yoldaşlarına əl qaldıranların əlləri qırılsın! Öz xanımlarına möhtac qalsınlar”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.