Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Maşın bazara girdi: xəsarət alanlar var - ANBAAN VİDEO

Maşın bazara girdi: xəsarət alanlar var - ANBAAN VİDEO

Maşın bazara girdi: xəsarət alanlar var - ANBAAN VİDEO
2021-06-23 , 18:10

Göyçay rayonunda bazarda qəza baş verib, xəsarət alanlar var.

Ölkə.Az" apa-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 11:30 radələrində Göyçay şəhərindəki "Təzə Bazar"da qeydə alınıb. "VAZ 21099" markalı minik avtomobili bazarın içərisində hərəkət edərkən qəflətən idarəetmənin itməsi səbəbindən maşın piştaxtaların üstünə çıxıb, satıcı və alıcılar yüngül xəsarət alıb.
 Qocayeva Səbirə Məcid qızı və digər qadın Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hadisə vaxtı bazarda qorxu və həyəcan keçirən insanlara həkimlər tərəfindən tibbi yardım göstərilib. Araşdırma zamanı məlum olub ki, sürücü hadisəni qəsdən törətməyib. Avtomobili idarə edərkən onun ayağında çəkələk olub. Sürücünün ayağından çıxan çəkələk avtomobilin qaz əyləcinə keçib, nəticədə avtomobilin sürəti qəflətən artdığı üçün hadisə baş verib.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.