Yenilik.Az
www.Yenilik.Az » Hadisə » AZAL-ın təyyarəsi təcili eniş etdi — SƏBƏB

AZAL-ın təyyarəsi təcili eniş etdi — SƏBƏB

AZAL-ın təyyarəsi təcili eniş etdi — SƏBƏB
2021-07-04 , 13:27

Saat 07:22-də Bakıdan Naxçıvana uçuş edən "Azərbaycan Hava Yolları"na məxsus Airbus A319 təyyarəsinin kapitanı Bakı hava limanına qayıdaraq eniş etməyi xahiş edib.


AZAL-dan verilən məlumata görə, təyyarənin plandankənar enməsinə texniki nasazlıq (kondisioner sistemində problem) səbəb olub.

Bakı vaxtı ilə saat 08:01-də təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurlu eniş edib.

Hava gəmisinin göyərtəsində 122 sərnişin olub. Onlar Naxçıvan şəhərinə digər təyyarə ilə göndəriləcəkdir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.