Yenilik.Az
www.Yenilik.Az » Hadisə » DYP əməkdaşları sürücünü yanan maşının içərisindən çıxartdı - VİDEO

DYP əməkdaşları sürücünü yanan maşının içərisindən çıxartdı - VİDEO

DYP əməkdaşları sürücünü yanan maşının içərisindən çıxartdı - VİDEO
2021-07-04 , 13:47

Ötən gün Pirallahı yolunda avtomobil aşıb.

BAKU.WS Oxu.Az xəbər verir ki, mercedes markalı 90-XU-979 dövlət nömrə nişanlı avtomobil qəzaya uğrayaraq aşıb.
Aşan maşın qısa zamanda alışmağa başlayıb və sürücü içərisində qalıb. Ərazidə xidmət aparan Dövlət Yol Polisi əməkdaşları dərhal hadisə yerinə yaxınlaşıb.
Mövcud vəziyyətdə zaman itirmədən həyatlarını təhlükəyə atan DYP əməkdaşları sürücünü yanan maşından xilas ediblər. Zəruri təhlükəsizlik tədbirləri görülməklə yanan avtomobil söndürülüb.
Faktla bağlı araşdırma aparılır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.