Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Özünü güllələyən rəisin FOTOSU

Özünü güllələyən rəisin FOTOSU

Özünü güllələyən rəisin FOTOSU
2021-07-09 , 15:33

Bu gün xidməti otağında özünü ürəyindən güllələyərək intihar edən polis rəisi Rahib Mirzəyevin fotosunu əldə etmişik.


Pravda.az xəbər verir ki, Rahib Mirzəyev 2018-ci ilə kimi Nəsimi RPİ 19-cu Polis Bölməsinin rəisi olub. Həmin il nazirin əmri ilə 20-ci Polis Bölməsinə rəis təyin edilib. 2019-cu ilin iyun ayında isə Binəqədi RPİ 4-cü Polis Şöbəsinin rəisi olub.

R. Mirzəyev bu gün saat 11 radələrində otağında xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla özünü öldürüb.

O, nazirliyin Daxili Təhqiqatlar İdarəsinin sabiq rəisi, polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır. S. Mirzəyev 2020-ci il iyun ayında təqaüdə göndərilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.