MSK-DA GƏRGİNLİK: Məzahir Pənahov polisə müraciət etdi

MSK-DA GƏRGİNLİK: Məzahir Pənahov polisə müraciət etdi "Bəzi seçilməyən namizədlər hansısa məqsəd üçün təxribat xarakterli addımlar atırlar”.


Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Komissiya sədri Məzahir Pənahov deyib.


MSK sədri bildirib ki, bəzi namizədlərin MSK qarşısında aksiya keçirməsi normaldır:


"Amma durub MSK-nın şöbə müdirini içəri buraxmamaq artıq normal deyil. Polisə müraciət edirik ki, bu barədə tədbir görsün. MSK-nın işinə mane olmaq olmaz. Kim olursa-olsun, bunu edirsə, qanun pozuntusudur”.(Report)
Geri qayıt