Kəlbəcərdə qəza - AXCP üzvü öldü

Kəlbəcərdə qəza - AXCP üzvü öldü Noyabr ayının 18-də Kəlbəcər rayon Bağlıpəyə kəndi ərazisində Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Tağıyev Fariz Rəhim oğlu idarə etdiyi frontal yükləyicinin idarəetməni itirərək aşması nəticəsində dünyasını dəyişib.
Yenilik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.
Qeyd edək ki, F.Tağıyev Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Abşeron Rayon Şöbəsinin üzvü olub.
Geri qayıt