Tovuzda naməlum əşya partladı: Xəsarət alanlar var

Tovuzda naməlum əşya partladı: Xəsarət alanlar var Tovuz rayonunda bədbəxt hadisə baş verib.
Yenilik.az xəbər verir ki, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb.
Belə ki, 1964-cü il təvəllüdlü Roza Tağıyeva və 1992-ci il təvəllüdlü Esmira Tagiyeva yaşadıqları evdə ocaqda çörək bişirən zaman naməlum əşya partlayıb.
Onlar qəlpə yarası ilə xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Geri qayıt