Xankəndiyə gələn maşında silah-sursat daşındığını ermənilər özləri nümayiş etdirdilər-FAKT



Faktyoxla Lab. bu fotoları incələyib və maraqlı fakt aşkar edib.
Beləliklə, bu foto hadisə baş verən yerdə çəkilib.

Ermənilər fotonun bir hissəsinə kölgə effekti ilə müvafiq düzəlişlər edib, paylaşıblar.

Həmin fotonun orijinalını əldə etmişik. Fotoya diqqətlə baxdıqda ermənilərin kölgə effekti ilə gizlətdiyi hissədə avtomat silahının olduğunu görürük.

Yeri gəlmişkən, məhz bu fotonu ermənilərin əsas təbliğat ruporlarından biri- "Bagramyan26" kanalı da yayıb.

Beləliklə, Azərbaycan Müdafiə Nazirliyinin bildirdiyi kimi, Ermənistandan Qarabağ iqtisadi rayonuna silah-sursat, digər hərbi təchizat, o cümlədən minalar, yanacaq və canlı qüvvənin daşınması faktı təsdiq olunur. Yəni, ermənilər bu maşınla silah-sursat daşıyıblar.

Faktyoxla Lab. bir müddət öncə Ermənistandan Qarabağ iqtisadi rayonuna silah daşınması haqda araşdırma yazısı təqdim etmişdi. Ermənilərin Xankəndiyə təcili yardım maşınında silah daşıması ifşa olundu