Bakıda DƏHŞƏTLİ QƏZA: Qadın maşının pəncərəsindən belə uçdu, o biri yola düşdü - ANBAAN ŞOK VİDEO

Bakıda DƏHŞƏTLİ QƏZA: Qadın maşının pəncərəsindən belə uçdu, o biri yola düşdü - ANBAAN ŞOK VİDEO
Bakı dairəvi avtomobil yolunda maşının aşması nəticəsində qadın ölüb.
Yenilik.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.
O, bildirib ki, bu gün paytaxtın kənar dairəvi yolunun 4-cü km-də KIA markalı, 90-NE-840 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, 1991-ci il təvəllüdlü Seyidov Namiq Mirqasım oğlunun maşını yüksək sürətlə və kobud qayda pozuntuları törədərək idarə etməsi nəticəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəza zamanı sürücü yüngül xəsarət alıb, sərnişini, 1991-ci il təvəllüdlü Səbinə Məhərrəmova ölüb.
“Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, təəssüflər olsun ki, yenə də bəzi sürücülər yüksək sürətin ölümə səbəb olduğunu belə ağır faciələr başlarına gəldikdən sonra anlayırlar”, - deyə DYP rəsmisi vurğulayıb.
Faktla bağlı araşdırma aparılır.
Geri qayıt