Bakının Xəzər rayonunda beş otaqlı ev yandı

Bakının Xəzər rayonunda beş otaqlı ev yandı Bakı şəhərinin Xəzər rayonunda yanğın olub.
Yenilik.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Qeyd olunub ki, ümumi sahəsi 100 m² olan birmərtəbəli 5 otaqlı evin tavanı və dam örtüyünün yanar konstruksiyaları yanıb.
“Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, - deyə bildirilib.

Geri qayıt