Yenilik.az xəbər verir ki, rayonun Kürdəmiş kənd sakini, 2009-cu il təvəllüdlü Zahidə Məmmədzadə xəstəxanada vəfat edib. Yeniyetmə bu il martın 5-də yaşadığı evin hamamında çimərkən dəm qazından zəhərlənib. O, xəstəxanaya yerləşdirilsə də, ötən gecə dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.