Narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs həbs olunub

Narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs həbs olunub
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücünün qanunazidd hərəkətlərinin qarşısı alınıb.
Yenilik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Rüfət Cəfərov idarə etdiyi “Mercedes” markalı, 90-FL-444 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə manevr etmə qaydalarını pozduğu üçün DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının Xüsusi Taqımının əməkdaşları tərəfindən saxlanılıb.
Sənədlərin yoxlanılması zamanı sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı aşkarlanıb və hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib. Müayinə zamanı R.Cəfərovun narkotik maddə qəbul etməsi müəyyən olunub.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən R.Cəfərov barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Rüfət Cəfərov inzibati qaydada həbs edilib.
Geri qayıt