Zərdabda avtomobil ağaca çırpılıb: Ölən və yaralananlar var

Zərdabda avtomobil ağaca çırpılıb: Ölən və yaralananlar var Zərdab rayonunda avtomobil ağaca çırpılıb, ölən və yaralananlar var.
Yenilik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə martın 19-u saat 23 radələrində rayonun Gəndəbil kəndi ərazisində qeydə alınıb.
Belə ki, Ağdam rayon sakini İ.Ağayev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə avtomobilin sərnişinlərindən biri - Abşeron rayon sakini Z.Rəhimova xəstəxanaya aparılarkən yolda ölüb, sürücü və digər iki sərnişini xəstəxanaya yerləşdirilib.
Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.

Geri qayıt