Şəkidə “Mercedes” sürücüsünün səhvi ağır qəzaya səbəb oldu

Şəkidə “Mercedes” sürücüsünün səhvi ağır qəzaya səbəb oldu Şəkidə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisənin videogörüntüləri sosial şəbəkədə yayılıb. 
Görüntülərdən məlum olur ki, hərəkətdə olan VAZ-21099 markalı avtomobil dönmə əməliyyatını səhv yerinə yetirən “Mercedes-Benz” markalı avtomobilə çırpılır. Nəticədə VAZ-21099 markalı avtomobil aşıb. 
Oxu.Az-ın əldə etdiyi məlumata görə, qəzada ölən və yaralanan olmayıb.
Hadisənin görüntülərini təqdim edirik:



Geri qayıt