Maşının baqajında sərnişin aparan sürücü cərimələndi

Maşının baqajında sərnişin aparan sürücü cərimələndi Sabirabadda sürücü baqajda sərnişin aparıb.
Yenilik.az xəbər verir ki, bu barədə videogörüntü sosial şəbəkədə paylaşılıb. Görüntülərdə VAZ-2106 markalı 24-BC-098 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün nəqliyyat vasitəsini oturacaqlardan kənar, avtomobilin saxlanc yerində (baqaj) bir neçə nəfərin əyləşdiyi halda idarə etdiyi görünür.
Nəqliyyat vasitəsinin bu formada idarə edilməsi digər hərəkət iştirakçılarının, eləcə də sərnişinlərin həyatı üçün risklidir.
Qeyd edilən qayda pozuntusunun Sabirabad rayonunun Əlicanlı kəndi ərazisində törədilməsi müəyyən edilib və nəqliyyat vasitəsinin sürücüsü Elçin Quliyev Sabirabad RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılıb və ona yol verdiyi qayda pozuntusu barədə deyilib. Onun barəsində İXM-nin 327.2-ci maddəsinə əsasən, qanunvericiliyə uyğun olaraq tədbir görülüb.



Geri qayıt