Başqasının şəxsiyyət vəsiqəsi ilə azad olunmuş ərazilərə keçmək istədi

Araşdırma zamanı Q.Qurbanovun özünə məxsus mobil telefonda işğaldan azad edilmiş ərazilərə daxil olmaq üçün müvafiq icazəsi olan həmyerlisinə aid şəxsiyyət vəsiqəsinin fotosunu təqdim edərək keçmək istədiyi müəyyən edilib.
Onun bu əməli aşkar edildikdən sonra barəsində müvafiq qaydada protokol tərtib edilib və məhkəməyə göndərilib.
Məhkəmənin qərarına əsasən o 10 gün müddətinə inzibati qaydada həbs edilib.