Gədəbəydə müəllimə və həyat yoldaşının meyitləri tapıldı

Gədəbəydə müəllimə və həyat yoldaşının meyitləri tapıldı Gədəbəydə evdən iki meyit tapılıb. 
Yenilik.az xəbər verir ki, hadisə rayonun Moruqlu kəndində baş verib. 
Meyitləri tapılan şəxslər kənd sakinləri - 1959-cu il təvəllüdlü Oktay Əliyev və onun həyat yoldaşı 1962-ci il təvəllüdlü Məryəm Məmmədovadır.
Onların dəm qazından öldüyü bildirilir. 
Qeyd edək ki, qadın kənd məktəbində müəllimə, kişi həmin təhsil müəssisəsində texniki işçi kimi çalışıblar.

Geri qayıt