Masallıda dağlıq ərazidə köməksiz qalan şəxs xilas olunub

Masallıda dağlıq ərazidə köməksiz qalan şəxs xilas olunub
Masallıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxs xilas olunub.
Yenilik.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonunun Ərkivan qəsəbəsində bir nəfərin dağlıq ərazidə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumat qəbul ediləndən dərhal sonra FHN-in həmin əraziyə ən yaxın xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələrinin mürəkkəb relyefli ərazidə keçirdiyi xilasetmə əməliyyatı nəticəsində vətəndaş təhlükəsiz əraziyə çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
Geri qayıt