Bakıda üçmərtəbəli binada yanğın olub

Bildirilib ki, Nəsimi rayonunda üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 40 kvadratmetr olan birotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və dam örtüyü 10 kvadratmetr sahədə yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.