Göyçayda avtomobil piyadanı vurdu: Hadisə yerində öldü

Göyçayda avtomobil piyadanı vurdu: Hadisə yerində öldü Dünən saat 22 radələrində Göyçay şəhəri ərazisində sürücü Elvin Məmmədov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə yolu keçən piyada, 1959-cu il təvəllüdlü Rövşən Musayevi vurub.
Yenilik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Məlumata görə, piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.
Geri qayıt