Qubadlıda hərbçimiz ehtiyatsızlıqdan özünü güllələdi

Qubadlıda hərbçimiz ehtiyatsızlıqdan özünü güllələdi Qubadlıda hərbi qulluqçumuz həlak olub.
Lent.az-ın məlumatına görə, hadisə rayonun Muradxanlı kəndi ərazisində baş verib. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətdən artıq hərbi qulluqçusu (MAXE) 23 yaşlı Əhmədov Rahil Rahib oğlu ehtiyatsızlıqdan odlu silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.
Rahil Əhmədovun cənazəsi bu gün doğulduğu Göyçay rayonunun Mallı-Şıxlı kəndinə gətirilərək dəfn ediləcək.
Faktla bağlı araşdırma aparılır.
Geri qayıt