Atraksion qırıldı: Uşaqlar yerə çırpıldılar - VİDEO

Atraksion qırıldı: Uşaqlar yerə çırpıldılar - VİDEO İranın İsfahan əyalətində əyləncə parkında attraksionun qırılması nəticəsində azı doqquz yeniyetmə xəsarət alıb.
Məlumata görə, istismar zamanı zəncirli karusel sıradan çıxıb və onun üzərində olan hər kəs hündürlükdən yerə yıxılıb. Zərərçəkənlərin yaşı 13-15 arasında olub. Onlardan altısı qız və üçü oğlandır.
Yeniyetmələr bel xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, həkimlər onların vəziyyətini stabil qiymətləndirirlər.
Hadisənin səbəbləri araşdırılır. Əyləncə parkı hazırda bağlıdır.

Geri qayıt