Yenilik.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, 11.07.23 tarixində yerli vaxtla saat 02:44-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələnin ocağı yerin 9 kilometr dərinliyində yerləşib.