Ər-arvad benzin töküb özlərini yandırıblarmış... - Kürdəmirdəki DƏHŞƏTLİ HADİSƏNİN TƏFƏRRÜATI

Yenilik.az xəbər verir ki, Lent.az hadisənin təfərrüatlarını araşdırıb. Hadisənin partlayışdan baş verməsi xəbəri özünü doğrultmayıb.
Kənd sakinlərinin bildirdiyinə görə, V. Zərbəliyev dünən günorta saatlarında nahara gəlibmiş. Bu zaman yan otaqda həyat yoldaşının qışqırığını eşidib.
Hadisə şahidlərinin dediyinə görə, yanan həyat yoldaşını xilas edərkən su əvəzinə çaşıb benzin töküb. Nəticədə hər ikisi yanaraq ölüb.
Evdə vedrə ilə benzinin olmasının nə qədər inandırıcı olduğunu bilməsək də, nəticədə ər və arvad yanaraq dünyasını dəyişib. Kənd sakinlərinin verdiyi məlumata görə, bu daha çox intihar xarakterli hadisədir.