Yanğın zamanı 60 uşaq təxliyə olunub

Yanğın zamanı 60 uşaq təxliyə olunub Respublika Perinatal Mərkəzdə baş verən yanğın zamanı 60 uşaq təxliyə olunub, vəziyyətləri nəzarətdədir.
Yenilik.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktorunun müavini Anar İsrafilov Respublika Perinatal mərkəzdəki yanğından sonra təxliyyə edilənlərin son durumu haqqında danışarkən deyib.
Onun sözlərinə görə, hazırda təxliyə edilənlərin vəziyyəti tam nəzarətdədir: “Onların müalicələri davam etdirilir. Həmin uşaqların yanıq xəsarətləri yoxdur”.
Direktor müavini vurğulayıb ki, Respublika Perinatal Mərkəzi 3-cü səviyyəli doğum tibb mərkəzidir: “Buradakı uşaqlar ya vaxtından öncə doğulub, ya da yanaşı patologiya ilə dünyaya gələn körpələrdir. Onların müalicələri davam etdirilir. Vəziyyətlərində heç bir ağırlaşma müşahidə edilmir”.
Qeyd edək ki, təxliyə prosesi Kliniki Tibbi Mərkəz, “Yeni Klinika”, Mərkəzi Neftçilər Xəstəxanasının, Sabunçu Tibb Mərkəzi, Xətai Tibb Mərkəzidir.

Geri qayıt