Bakıda "Şərur" MTK-ya məxsus yaşayış binasının lifti yerə çırpıldı: Xəsarət alanlar arasında uşaqlar da var

Hadisə Xətai rayonu Xudu Məmmədov küçəsində baş verib.
Liftin qırılması nəticəsində yeddi nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlardan ikisi uşaqdır.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, hadisə yerinə xilasedicilər cəlb olunublar:
"Nazirliyinin xilasediciləri hadisə yerinə çatanadək məlumatla xilasedicilərə ehtiyac olmadığı bildirilib".
Qeyd edək ki, hadisə metronun "Həsi Aslanov" stansiyasının yaxınlığında, Xudu Məmmədov küçəsində yerləşən "Şərur" MTK yaşayış kompleksində baş verib.
APA