Rusiyaya uçan daha bir təyyarəmiz hücuma görə geri qayıtmalı oldu - Radar görüntüləri YAYILDI - FOTO

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, təyyarə yerli vaxtla saat 10:13-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.
Qeyd edilib ki, Rusiya istiqamətində uçuşlarla bağlı yaxın zamanda ümumi məlumat açıqlanacaq.
XXX
Səhər saatlarında Bakıdan Mineralnıye Vodı istiqamətində uçan AZAL təyyarəsi dron hücumları səbəbindən geri dönüb.
Yenilik.az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə jurnalist Şakir Eminbəyli sosial şəbəkə hesabında paylaşım edib.
Məsələ barədə Azərbaycan Hava Yollarına (AZAL) sorğu ünvanladıq. Qurumdan bildirildi ki, bununla bağlı tezliklə açıqlama veriləcək. Görüntüləri isə "Flightradar24" paylaşıb.