Cənubi Koreyada təyyarə qəzası - 179 nəfər öldü +Yenilənib

Belə ki, Banqkokdan gələn təyyarə eniş zolağından kənara çıxıb və hasara çırpılıb.
Təyyarədə 175 sərnişin və 6 ekipaj üzvü olub, onlardan 28 nəfər həlak olub.
***
Cənubi Koreyanın Muan şəhərində sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb.
Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
***
“Yonhap” agentliyinin məlumatına görə, iki nəfər istisna olmaqla qəzaya uğrayan Boeing 737-800 təyyarəsinin göyərtəsində olan insanların həlak olduğu deyilir.
Qeyd edək ki, təyyarənin göyərtəsində altısı ekipaj üzvü olmaqla ümumilikdə 181 nəfər olub.