Qonaq getdikləri evdə 3 yaşlı uşağı “tok” vurdu

Körpə ürək dayanması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Ona göstərilən tibbi yardımlardan sonra ürək fəaliyyəti uğurla bərpa olunub. Müalicəsinin davamı üçün Bakı şəhərinə xəstəxanaların birinə göndərilib.